Xankəndidəki evlərin Bakıdakı müştəriləri – Baku TV
-
- Xeber
- 156 baxış
- 0 şərh
Xankəndidəki evlərin Bakıdakı müştəriləri – Baku TV
Erməni mediasında və sosial şəbəkənin erməni seqmentində ajiotaj yaradan məsələ barədə aktiv müzakirələr gedir. Söhbət azərbaycanlıların Qarabağda yaşayan ermənilərə zəng edib mənzillərini almaq istəməsidir.
Bu barədə erməni ekspert Tiqran Abramyan sosial şəbəkə hesabında məlumat verib:
“Son vaxtlar azərbaycanlıların Xankəndi sakinlərinə mənzillərini satmaq təklifi ilə telefon zəngləri Qarabağda aktiv müzakirə mərkəzinə çevrilib. Bu mövzu əhalinin narahatlığını ifadə edən jurnalist Nairi Oxikyan tərəfindən də qaldırılıb. Azərbaycanlıların təklifi əslində ondan ibarətdir ki, istənilən halda Xankəndi təhvil veriləcək. Buna görə onlar ermənilərə mənzillərini satmağı təklif edirlər. Bu, erməni əhalisində narahatlığı daha da artırıb. Qarabağdakı tanışlarıma zəng vuraraq bunun tək-tük, yoxsa kütləvi xarakter daşıdığını öyrənməyə çalışıram. Belə görünür ki, Azərbaycandan gələn zənglər bundan sonra daha da çoxalacaq. Təəssüflər olsun ki, bu gözlənilən proses idi və gələcəkdə daha geniş xarakter alacaq. Bunlar Ermənistan hakimiyyətinin prosesdən çıxması və Qarabağın sərhədlərinin tam bağlanması fonunda lap faciəvi görünür”.
Bu prosesə erməni mediası, siyasi ekspertləri də qoşulub və cidd-cəhdlə bu “psixoloji təzyiq”i izah etməyə çalışırlar.
Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadə ermənilərin bu iddiasını şərh edib.
Ekspert ermənilərin hay-həşir salmasının əslində nəyə hesablandığını da açıqlayıb.
Ermənistan hakimiyyətinin Qarabağda yaşayan ermənilərdən tamamilə üz çevirdiyini deyən Tiqran Abramyan həmçinin bildirib ki, Qarabağ məsələsindəki hər hansı bir güzəşt Ermənistan ərazisini itirmək üçün yeni bir yol açacaq.
O qeyd edib ki, əslində hər şey çox aydındır. Qarabağ sakinlərinin böyük əksəriyyəti problemlərinin həllini Ermənistanda hakimiyyət dəyişikliyində görürdü. Bu həm daxili problemlər idi, həm də Qarabağ ətrafındakı vəziyyət ilə bağlı. Lakin mövcud hakimiyyətin yenidən seçilməsinə gəlincə, onların gələcəyə olan ümidləri yıxıldı.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend