Yanğınların söndürülməsi üçün canlı qüvvə və xilasetmə avadanlıqları göndərildi – Baku TV
-
- Xeber
- 146 baxış
- 0 şərh
Yanğınların söndürülməsi üçün canlı qüvvə və xilasetmə avadanlıqları göndərildi – Baku TV
Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanındadır.
Bunu Baş nazir Əli Əsədov Türkiyənın vitse-prezidenti Fuat Oktayla telefon danışığı zamanı deyib.
Baş nazir meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğunu vurğulayıb.
Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək.
Bu arada, “Türk Hava Yolları” şirkəti yanğın olan ərazilərə səfər edən sərnişinlərə müraciət edib. Müraciətdə deyilir ki, sərnişinlərə biletlərini başqa vaxta dəyişdirmək imkanı yaradılıb. 29-30 iyul tarixi üçün alınan biletləri avqustun 15-nə qədər olan müddətə yeniləmək olar.
Şirkətin Bakı nümayəndəliyindən bildirilib ki, bu qərar Azərbaycandan olan sərnişinlərə də aiddir.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend