Xəbərlər

Yasamal qəbirstanlığında məzarların üzərindən gül dəstələri oğurlayan şəxslər saxlanılıblar

Paytaxtın Yasamal rayonunda yerləşən qəbirstanlıqda məzarların üzərlərinə qoyulan gül dəstələrini oğurlayan şəxslər saxlanılıblar. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakinləri Elşən Abduləliyev və Əli Əliyev tutularaq istintaqa təqdim olunublar.

Araşdırma zamanı onların müxtəlif vaxtlarda həmin qəbirstanlıqdan ümumi dəyəri 1300 manat olan gül dəstələrini oğurladıqları və paytaxtın müxtəlif yerlərində satdıqları məlum olub. Həmçinin saxlanılan zaman E.Abduləliyevin üzərindən bir büküm narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

  • Ad: Nurane QuliyevaŞərh: Bir bu qalmışdı,malades🤦🏻‍♀️
  • Ad: YPX GENERALŞərh: Sağ olsun Azərbaycan Polisi!
  • Ad: FF.OMER. FFŞərh: Sozun esil menasinda, Boyuvuzu qara yere soxum.
  • Ad: хəтакаrŞərh: Gör cavanları nə günə salmısuz ki kasıbçılıqdan nələr edirlər.. Allah köməkləri olsun
  • Ad: Kamran BabayevŞərh: Sözün bitdiyi yer 🤦🏻‍♂️
  • Ad: Mar z54Şərh: Bu tvar-ların üzlərinə baxın,kənardan körsən deyirsən bir kişi di. !!!!
  • Ad: РустамŞərh: Bu uje axırıncı yol iydi
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.