Əlaqəli xəbərlər

Yeni sosial müdafiə naziri kimdir?

Yeni sosial müdafiə naziri kimdir?

Ölkə başçısı İlham Əliyevin 2018-ci ildə imzaladığı sərəncam əsasında Sahil Babayev yeni sosial müdafiə naziri (ƏƏSMN) təyin olundu.

O, 1980-ci ildə Bakıda dünyaya gəlib.

Təhsili

Sahil Babayev bakalavr təhsilini 2000-ci ildə Bakı Dövlət Universiteti “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” ixtisası üzrə alıb. Magistr üzrə təhsilini isə 2002-ci ildə alıb və hüquq üzrə fəlsəfə doktorudur.

BDU-nun Hüquq fakültəsində “Kommersiya hüququ” dövlət imtahan komissiyasının da sədri olan Sahil Babayev ingilis, rus, türk və fransız dillərini bilir.

Siyasi fəaliyyəti

1999-2006-cı illəri əhatə edən bir nüddətdə o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində işləyib.

2006-2009-cu illər ərzində isə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri olub.

2009-2014-cü illərdə “Təmiz Şəhər” ASC-də Müşahidə Şurasının sədri olub. Avropa İttifaqı – Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri, eyni zamanda Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri kimi çalışıb. Bununla yanaşı “SOCAR Türkiyə Ege” Komleksinin Star layihəsi üzrə Direktorlar Şurasının üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.

Yeni sosial müdafiə naziri olan Sahil Babayev şəhid ailələri üçün özünüməşğulluq proqramı əsasında yaradılmış müəssisə və təsərrüfatlara baxış keçirib. Sahil Babayev erməni terroruna məruz qalan 2,1 minədək şəhid ailəsi üzvünün, 3,3 minədək qazi və onların yaxınlarının 2021-ci ilin ilk rübündə məşğulluq tədbirlərinə cəlb olunduğunu da söyləyib.

Sahil Babayev yeni müşavir təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müşavir təyinatı ilə bağlı əmr imzalayıb.

Sosial müdafiə naziri Sahil Babayev müşavir olaraq Rüstəm Ağayevi təyin edib.

Müşavir Rüstəm Ağayev bu vəzifəyə təyin edilməzdən öncə Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinə rəhbərlik edib.

Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.