Zaxarova Azərbaycan haqqında açıqlama verib – Baku TV
-
- Xeber
- 145 baxış
- 0 şərh
Zaxarova Azərbaycan haqqında açıqlama verib – Baku TV
2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatdan sonra yaranan üçtərəfli işçi qrupu bir neçə görüş keçirərək konstruktiv dialoq reallaşdırıb, kommunikasiyaların açılmasına və iqtisadi əlaqələrə xidmət edəcək bir sıra təkliflərlə çıxış edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bu barədə məlumat verib.
Nazirlik rəsmisi onu da bildirib ki, Rusiyanın Azərbaycan və Ermənistanla yaxın əlaqələri var. Rusiya Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyətə böyük diqqət ayırır. Həmçinin sülhməramlı kontingentin olduğu Qarabağdakı vəziyyət də Rusiyanın diqqətindədir.
Mariya Zaxarova sərhəddəki insidentlərin siyasi və diplomatik yolla həll olunmalı olduğunu vurğulayıb. Qeyd edib ki, davamlı deeskalasiya Azərbaycan və Ermənistan sərhədindəki münasibətlərin normallaşmasına yönələn səylərlə təmin edilə bilər. Nazirlik rəsmisi Rusiya tərəfindən kartoqrafik materialların olduğunu, bunun tərəflər arasında münasibətlərin inkişafına kömək edəcəyini vurğulayıb.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend