Xəbərlər

Zərdabda mal-qara oğruları saxlanılıblar

Zərdab rayonunda fərdi təsərrüfatdan xırda buynuzlu heyvanlar oğurlayan şəxslər saxlanılıblar. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dəstə üzvləri rayon sakini Nurlan Əzizov və tanışı Amil Yolçuyev tutulub. Araşdırma zamanı onların Zərdab rayonu Gödəkqobu kənd sakini olan bir nəfərə məxsus 8 baş qoyun-quzu oğurladıqları məlum olub. Saxlanılan şəxslər zərərçəkənə ümumilikdə 1200 manat maddi ziyan vurublar.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu şəxslərin Zərdab və ətraf rayonlarda analoji cinayətlərdə əllərinin olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Ad: əlişkaaaŞərh: Kül başınıza
  • Ad: əlişkaaaŞərh: Kül təpənizə
  • Ad: Камран СултановŞərh: Ха ха профессиональные вары попались на не раскрываемых краж .
  • Ad: Nicat ŞahməmmədliŞərh: Tupurum sizin kiwiliyvize
  • Ad: YPX GENERALŞərh: Azərbaycan Polisi.
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.