Ziyarətgahdan 30 min manatlıq qızıl saat tapılıb – Baku TV
-
- Xeber
- 147 baxış
- 0 şərh
Ziyarətgahdan 30 min manatlıq qızıl saat tapılıb – Baku TV
Ötən gün Oğuz sakini Baku TV-yə üz tutaraq tapdığı saatın sahibini axtardığını bildirib.
Belə ki, rayonun Kərimli kəndi ərazisində yerləşən və el arasında
“Çərşənbə baba” kimi tanınan ziyarətgahın dini icma sədri Əmir Kərimov təqribən 10-15 gün öncə ziyarətgahın önündə olan bulağın yanından saat tapıb. Saatı tapdığı gündən rahatlıq tapa bilməyən qəhrəmanımız saatın sahibinin məhz bu süjetdən sonra tapılacağına inanır.
Əmir Kərimov saatı tapdıqdan sonra onu ən yaxın dostlarına göstərib. Daha sonra zərgərə üz tutub və saatın qızıl olmasını öyrənib. Aparılan araşdırma zamanı saatın xeyli bahalı olduğu məlum olub. Qiyməti isə nə az, nə çox 30 min manat civarındadır.
Onu da qeyd edək ki, saatın əsl sahibi onu götürməyə gələrkən saatın qabını, pasportunu və öz şəxsiyyət vəsiqəsini gətirməlidir.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend